Bank Of Baku

İki Azərbaycan vətəndaşı piyada Həcc ziyarətinə yola düşüb

İki Azərbaycan vətəndaşı piyada Həcc ziyarətinə yola düşüb
# 21 sentyabr 2007 09:08 (UTC +04:00)
APA-nın məlumatına görə, təşkilat üzvləri Şahid Qurbanov və Sahib Kazımov tərəfindən həyata keçirilən marafon Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət etməklə və Bibiheybət Məscidində cümə namazı qılmaqla başlanıb. Marafon iştirakçıları jurnalistlərə açıqlamasında bildiriblər ki, onlar Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. Marafonun 9 ay çəkəcəyini bildirən marafonçular Azərbaycan-İran sərhədini 11 günə keçəcəklərini söyləyiblər. Ş. Qurbanov deyib ki, marafon 7 fazadan ibarətdir. Sonuncu mərhələdə o, və digər marafon iştirakçıları Kəbə evinə Dağlıq Qarabağdan keçəcəklər: “Həmin vaxta qədər Qarabağ geri alınsa da, alınmasa da, biz Məkkəyə Dağlıq Qarabağdan keçməklə gedəcəyik”. Marafon iştirakçılarını Azərbaycan-İran sərhədinə qədər AVMVB üzvləri müşayiət edəcəklər və bununla bağlı bütün texniki məsələlər Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həll olunub. Qeyd edək ki, “Heydər Əliyevi, İslam dünyasını və Qarabağı unutma!” adlanan I piyada marafonu 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı, AVMVB üzvü Şahid Qurbanov Bakı-Məkkə yolunu qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon 4 ay çəkib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR