Bank Of Baku

Hidayət Orucov NATO Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib

Hidayət Orucov NATO Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib
# 21 sentyabr 2007 13:17 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov NATO Parlament Assambleyasının demokratik idarəçilik üzrə alt komitəsinin nümayəndə heyətini qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı H. Orucov Azərbaycanda dini etiqad azadlığının mütləq mənada təmin olunduğunu, dini konfessiyaların tarixən yanaşı yaşadığını, dini dözümlülük mühitinin qorunub saxlanıldığını bildirib. O, Azərbaycanın müstəqillik əldə etdikdən sonra dini dəyərlərin bərpası istiqamətində məqsədyönlü, ardıcıl siyasət aparıldığını, milli azlıqların hüquqlarının, dini mədəniyyətlərin qorunub saxlanılması üçün xüsusi tədbirlər həyata keçirildiyini deyib. Ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdıran komitə sədri dövlətin dini etiqad azadlığının təmin olunması üçün bütün tədbirləri həyata keçirdiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR