Bank Of Baku

“Gənc Liderlər” Uşaq Təşkilatı: “Uşaqlar arasında radikal vəhhabiliyə qoşulanların sayı artır”

“Gənc Liderlər” Uşaq Təşkilatı: “Uşaqlar arasında radikal vəhhabiliyə qoşulanların sayı artır”
# 24 sentyabr 2007 09:57 (UTC +04:00)
Təşkilatın apardığı müşahidələr və daxil olan müraciətlər nəticəsində bəlli olub ki, ölkədəki radikal dini missionerlərin fəaliyyəti nəticəsində uşaqlara qeyri-ənənəvi dinlərin təsiri güclənib: “Son aylar radikal vəhhabiliyi təbliğ edən qüvvələrin səyi nəticəsində uşaqlar arasında bu dini cərəyanın radikal qanadına qoşulanların sayı durmadan artır. Məktəb yaşlı uşaqları müxtəlif şirnikləndirici vədlərlə sıralarına qoşmağı bacaran dini missionerlər onlardan radikal vəhhabilik ideyalarını yaşıdları arasında yaymaq məqsədi ilə istifadə edir”. GLUT-un apardığı araşdırmalar zamanı bəlli olub ki, qeyri-ənənəvi dinləri təbliğ edən məscid və mədrəsələrə daha çox Bakının Nəsimi və Yasamal rayonlarının ərazisində təsadüf olunur. F. Şahbazlının sözlərinə görə, uşaqlara təbliğ olunan hansısa dini qəbul etmək müqabilində maddi vəsaitdən tutmuş oyun kompüterlərinə qədər müxtəlif əşyalar hədiyyə edilir: “Keçirdiyimiz monitorinqlər zamanı bir sıra məscid və mədrəsələrdə İran ideyalarını təbliğ edən xüsusi dini missionerlərin də fəaliyyət göstərdiyi üzə çıxıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu şəxslər yalnız uşaq və gənclərin bu işə cəlb edilməsinə təhkim olunub. Artıq belə uşaqların sayı durmadan artır və onlar “Bizim əsl vətənimiz İrandır” deyə fikirlər işlədir, kiçik yaşlı qızlar isə farslara məxsus geyimlər geyinirlər. Uşaqlara İranın ideyalarını təbliğ etmək müqabilində Qum şəhərində pulsuz təhsil almaq vəd olunur”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin əməkdaşı Yaqut Əliyeva APA-ya açıqlamasında bu faktın öyrənildiyini bildirib. Onun sözlərinə görə, fakt təsdiqini taparsa, dövlət komitəsi tərəfindən lazımı tədbirlər görüləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR