Bank Of Baku

Hidayət Orucov İsrailli qonaqları qəbul edib

Hidayət Orucov İsrailli qonaqları qəbul edib
# 25 sentyabr 2007 15:02 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İsrailin Azərbaycandakı səfiri Artur Lenk, İsrail Xarici İşlər Nazirliyinin siyasi planlaşdırma departamentinin direktoru David Qovrin və professor, islamşünas Moşe Maozu qəbul edib. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, H. Orucov görüşdə Azərbaycandakı dini vəziyyətlə bağlı ətraflı məlumat verib. Komitə sədri Azərbaycan dövlətinin İslam və qeyri-islam dini dəyərlərin qorunmasına, dini etiqad azadlıqlarının təmin olunmasına kifayət qədər şərait yaratdığını deyib: “Azərbaycanın özünün tarixən dövlət-din münasibətləri formalaşıb. Dünyəvi dövlət sistemi Azərbaycanın özünün nailiyyətidir, bu model Azərbaycana xaricdən idxal olunmayıb. Bu, Azərbaycan xalqının məfkurəsinin, dünyagörüşünün, intellektinin bəhrəsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR