Bank Of Baku

Hidayət Orucov: “Problem təkcə hicabla deyil, həm də açıq-saçıq geyimlə bağlıdır”

Hidayət Orucov: “Problem təkcə hicabla deyil, həm də açıq-saçıq geyimlə bağlıdır”
# 27 sentyabr 2007 10:15 (UTC +04:00)
“Son günlər hicabla bağlı yaranmış qalmaqala təhsil naziri və rektor münasibət bildiriblər. Hazırda bu məsələnin davam etməsi ilə bağlı məndə məlumat yoxdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. H. Orucov qeyd edib ki, bu məsələyə hicab prizmasından yox, təhsilin keyfiyyəti prizmasından yanaşmaq lazımdır: “Ali məktəblərdə intizam və keyfiyyətli təhsil hər bir rektor üçün önəmlidir. Bu, həm də estetika məsələsidir. Bu məsələ təkcə hicabla deyil, həm də açıq-saçıq geyimlə bağlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR