Bank Of Baku

Bakıdan Məkkəyə piyada gedən 2 Azərbaycan vətəndaşı İran ərazisinə daxil olub

Bakıdan Məkkəyə piyada gedən 2 Azərbaycan vətəndaşı İran ərazisinə daxil olub
# 03 oktyabr 2007 14:17 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü dünən axşam Azərbaycandan İran ərazisinə daxil olub. AVMVB-nin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev bildirib ki, Şahid Qurbanov və Sahib Kazımov Azərbaycan-İran sərhədinə qədər 12 gün piyada yol gediblər və bu mərhələdə onları təşkilat üzvləri müşayiət edib. Bundan sonra isə onlar Məkkəyə qədər ikilikdə gedəcəklər.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və Küveyti keçməklə ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. Marafon 9 ay çəkəcək. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR