Bank Of Baku

Dəvəçi və Siyəzən rayonlarında qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb

Dəvəçi və Siyəzən rayonlarında qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb
# 05 oktyabr 2007 13:03 (UTC +04:00)
Azərbaycanın Dəvəçi və Siyəzən rayonlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Dəvəçi şəhərində və Siyəzənin Sədan kəndində qanunsuz dini ədəbiyyatın toplanması ilə bağlı axtarışlar həyata keçiriblər. APA-nın şimal bürosunun məlumatına görə, Dəvəçidə iki, Siyəzəndə isə bir ev yoxlanılıb. Vəhhabi təriqətinə mənsub olan və adları açıqlanmayan üç şəxsin evindən qadağan olunmuş dini ədəbiyyatla yanaşı, bir xəncər, ov tüfəngi və digər əşyalar da aşkarlanaraq, götürülüb. Əməliyyat-axtarış tədbirlərindən sonra heç kəs saxlanılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR