Bank Of Baku

İspaniyada islama qarşı diskriminasiya halları ilə mübarizəyə həsr olunmuş konfrans keçiriləcək

İspaniyada islama qarşı diskriminasiya halları ilə mübarizəyə həsr olunmuş konfrans keçiriləcək
# 08 oktyabr 2007 10:29 (UTC +04:00)
Sabah İspaniyanın Kordova şəhərində ATƏT-in islama qarşı diskriminasiya halları ilə mübarizəyə həsr olunmuş iki günlük konfransı başlayacaq. Azərbaycanın ATƏT-dəki səfiri Fuad İsmayılovun APA-ya verdiyi məlumata görə, konfransda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Azərbaycan nümayəndələri konfransın din sahəsi ilə məşğul olan qeyri-hökumət qurumlarının iştirakı ilə bu gün keçiriləcək hazırlıq iclasına da qatılacaq. Bu iclasda QHT-lər əsas toplantı üçün hesabatlar hazırlayacaq. Sabahkı toplantıda Azərbaycan nümayəndələri İslam Konfransı Təşkilatı çərçivəsində fəaliyyəti, islama qarşı qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizədə gördüyü işlərlə bağlı məlumat verəcək, həmçinin islamla bağlı maarifləndirmə aparmaq üçün istifadə olunmasını zəruri saydığı metodlar haqda danışacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR