Bank Of Baku

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başa çatmaq üzrədir

Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başa çatmaq üzrədir
# 09 oktyabr 2007 08:05 (UTC +04:00)
Bu il həyata keçiriləcək Həcc ziyarətində iştirak etmək üçün sənəd qəbulu başa çatmaq üzrədir. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib. Şöbə müdiri bu günə kimi artıq 2900 nəfərin ziyarətdə iştirak etmək üçün sənəd verdiyini deyib. Onun sözlərinə görə, avtobusla Həccə getmək istəyənlər üçün limit başa çatıb. Belə ki, avtobusla Həccə gedəcək 1700 nəfər zəvvarın hamısı sənədlərini QMİ-yə təqdim edib. M. Payızov bu günə kimi təyyarə ilə Həccə getmək istəyən 1200 zəvvarın sənəd verdiyini, sənəd qəbulunun davam etdiyini bildirib. Şöbə müdiri, həmçinin Həcc ziyarətində iştirak edən doqquz şirkətin də onlara ayrılmış kvotanı doldurduğunu bildirib: “Həmin şirkətlər topladıqları sənədləri Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməyə başlayıblar”. M. Payızovun sözlərin görə, toplanmış sənədlər viza üçün gələn həftədən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinə göndəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR