Bank Of Baku

Zaqatalada saqqalı şəxslərin mərkəzi bazarda yerləşən ibadət evində namaz qılmasına qadağa qoyulub

Zaqatalada saqqalı şəxslərin mərkəzi bazarda yerləşən ibadət evində namaz qılmasına qadağa qoyulub
# 10 oktyabr 2007 14:10 (UTC +04:00)
Zaqatalanın mərkəzi bazarında fəaliyyət göstərən ibadət evində saqqallı şəxslərin namaz qılmasına qadağa qoyulub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna vəhhabi təriqətinin üzvü olmaqda günahlandırılan rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, Zaqatala rayon Polis Şöbəsinin sahə müvəkkili Nəsib Musayev bazarda ticarətlə məşğul olan dindarları toplayaraq, onlara saqqallarını qırxmaq tapşırığı verib. O, əks təqdirdə saqqal saxlayan dindarların ibadət evinə buraxılmayacağını bildirib.
N. Musayev isə APA-nın bölgə bürosuna açıqlamasında dindarların ittihamlarının əsassız olduğunu bildirib. O, bazarda yerləşən ibadət evində heç kimə namaz qılmaq üçün qadağa qoyulmadığını vurğulayıb. Dindarlar isə öz növbəsində məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə şikayət edəcəklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR