Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
# 11 oktyabr 2007 10:28 (UTC +04:00)
QMİ-dən APA-ya daxil olan təbrik müraciətində bu ülvi bayramın əzəmət və fərəhinin olduqca böyük, məğzi və mahiyyətinin cahanşümul olduğu qeyd olunub. A. Paşazadə orucun bütün dərinliklərinə vaqif olmağın insana hədsiz səadət, hüdudsuz fəxarət bəxş etdiyini bildirib: “Ramazan ayında Yaradanın rizasını qazanmaq üçün bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayan müsəlman qardaş və bacılarımızın oruclarını qəbul, dualarının müstəcəb olmasını diləyirəm”. Şeyx müraciətində tezliklə Azərbaycan torpaqlarının işğaldan azad olunacağını, ölkənin öz nüfuzunu daha da artıracağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR