Bank Of Baku

Zaqatalada vəhhabi təriqətinin üzvü olmaqda günahlandırılan daha bir rayon sakini saxlanılıb

Zaqatalada vəhhabi təriqətinin üzvü olmaqda günahlandırılan daha bir rayon sakini saxlanılıb
# 15 oktyabr 2007 12:02 (UTC +04:00)
Zaqatalada vəhhabi təriqətinin üzvü olmaqda və saqqal saxlamaqda günahlandırılan daha bir rayon sakini saxlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon dindarları məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında rayonun Dombabinə kənd imamının müavini İbrahim Muradov bazarda alış-veriş edərkən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həbs edilərək, polis bölməsinə aparılıb. RPŞ-dən saxlanılan şəxs barəsində heç bir açıqlama verilməsə də, dindarların dediyinə görə, İ. Muradov saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılıb. İ. Muradovun idarə etdiyi avtomobil isə polis bölməsində saxlanılıb və sahibinə qaytarılmayıb. Dindarlar bir qədər əvvəl APA-nın yerli bürosu ilə əlaqə saxlayaraq, . İ. Muradovun yenidən polis bölməsinə çağırılaraq həbs edildiyini bildiriblər. RPŞ-dən isə İ. Muradovun saxlanılması barədə heç bir açıqlama verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR