Bank Of Baku

Balakəndə azanın mikrofonla səsləndirilməsinə qoyulmuş qadağa aradan götürülməyib

Balakəndə azanın mikrofonla səsləndirilməsinə qoyulmuş qadağa aradan götürülməyib
# 16 oktyabr 2007 14:25 (UTC +04:00)
Balakəndə azanın mikrofonla səsləndirilməsinə qoyulmuş qadağa hələ də aradan götürülməyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, artıq iki aydan çoxdur rayon ərazisində fəaliyyət göstərən məscidlərdə azanın səs gücləndirici ilə səslənməsinə rayon rəhbərliyi tərəfindən qadağa qoyulub. Rayon rəhbərliyinin bu addımı yerli sakinlərin, eləcə də dindarların ciddi etirazına səbəb olub. Hətta sakinlər bir neçə dəfə etiraz aksiyası keçirməyə cəhd etdiklərini, lakin bölgə qazisi İbrahim Əfəndinin müdaxiləsindən sonra bu fikirdən daşındıqlarını diqqətə çatdırıblar. Sakinlər həmçinin belə davam edəcəyi təqdirdə, məscidlərə cümə namazına toplaşmayacaqlarını və etiraz aksiyası keçirməkdə israrlı olacaqlarını bildiriblər. Bölgə qazisi Hacı İbrahim Əfəndi APA-nın bölgə bürosuna açıqlamasında yaranmış vəziyyətlə bağlı Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edildiyini bildirib. Qoyulmuş qadağanın hələdə aradan qaldırılmamasına təəssüfləndiyini vurğulayan bölgə qazisi yaxın vaxtlarda problemin həll olunacağına ümid etdiyini söyləyib. Balakən Rayon İcra Hakimiyyətindən isə azanın mikrofonla səsləndirilməsinə qoyulmuş qadağanın səbəbləri barədə heç bir açıqlama verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR