Bank Of Baku

Əli Bayramlı dindarları Mehriban Əliyevaya müraciət ediblər

Əli Bayramlı dindarları Mehriban Əliyevaya müraciət ediblər
# 18 oktyabr 2007 07:52 (UTC +04:00)
Əli Bayramlı dindarları Heydər Əliyev Fondunun prezidentinə müraciət ünvanlayıblar. İslam Partiyası Əli Bayramlı şəhər komitəsinin sədri Hacı Vəliyullah Cəlilovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, Əli Bayramlı şəhərinin H.Z.Tağıyev küçəsində 1999-cu ildən tikilməyə başlamış məsciddə xeyli tikinti işləri aparılsa da, sonradan maliyyə imkanının olmaması səbəbindən tikinti işləri yarımçıq qalıb. Bu məqsədlə 142 nəfərin imzası ilə qəbul olunmuş müraciətdə şəhər dindarları və möminləri adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan inşası yarımçıq qalmış İmam Zeynalabidin əleyhissəlamın adını daşıyan məscidin tikilib başa çatdırılmasına kömək edilməsi xahiş edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR