Bank Of Baku

Şeyxülislam Belarus və Qazaxıstanda səfərdə olacaq

Şeyxülislam Belarus və Qazaxıstanda səfərdə olacaq
# 23 oktyabr 2007 12:09 (UTC +04:00)
Sabah Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Belarus Respublikasına yola düşəcək. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, səfərdə məqsəd “Qloballaşma şəraitində İslam və xristianlığın dialoqu” mövzusunda beynəlxalq konfransın işinə qatılmaqdır. Tədbirdə Belarus, MDB və Qərb Avropa ölkələrinin elmi ictimaiyyətlərinin tanınmış nümayəndələrini və müxtəlif konfessiyaların nüfuzlu din xadimləri bir araya gələcək. QMİ sədri konfransda məruzə ilə çıxış edərək, müzakirə olunan mövzuya öz münasibətini bildirəcək.
Oktyabrın 29-da Allahşükür Paşazadə Qazaxıstan Müsəlmanları Dini İdarəsinin sədri, tanınmış din xadimi və görkəmli alim Əbsəttar Dərbisalinin 60 illik yubiley tədbirlərində iştirak etmək üçün Almatı şəhərinə yola düşəcək. Səfər zamanı Şeyxülislamın Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşləri nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR