Bank Of Baku

Siyavuş Novruzov: “ Azərbaycandakı dəfn adətinin nə müsəlmanlığa, nə xristianlığa, nə buddizmə dəxli var“

Siyavuş Novruzov: “ Azərbaycandakı dəfn adətinin nə müsəlmanlığa, nə xristianlığa, nə buddizmə dəxli var“
# 23 oktyabr 2007 12:31 (UTC +04:00)
“Nərimanov rayonu ərazisində yerləşən xristian qəbristanlığın köçürülməsi beynəlxalq aləmdə səs-küy yaradıb. Bir neçə gün əvvəl mən həmin əraziyə baxış keçirdim, məlum oldu ki, yol çəkmək adı ilə köçürülən həmin qəbiristanlığın ərazisində villalar tikilir”. APA-nın məlumatına görə, bunu millət vəkili Pənah Hüseyn Milli Məclisin bugünkü iclasında bələdiyyələrə dair bəzi qanunvericilik aktlarına - “Bələdiyyələrin maliyyə əsasları” və “Bələdiyyə torpaqlarının idarə edilməsi” ilə bağlı qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrdə bildirib. Qeyd edək ki, dəyişikliklərə görə, qəbristanlıqların mühafizəsi, yas mərasimlərinin, dəfnlərin bələdiyyələr tərəfindən təşkili nəzərdə tutulur. P. Hüseyn bunun doğru addım olmadığını qeyd edib.
Millət vəkili Aqil Abbas isə bildirib ki, həmin qəbirlər köçürülməzdən əvvəl yaxınlarına məlumat verilib və bu qanuna uyğun olaraq həyata keçirilib: “Bibi Heybətdə də yol çəkilən zaman müsəlman qəbirləri köçürüldü. Bir nəfər Milli Məclisdə bununla bağlı danışmadı. Nəyə görə məhz erməni qəbri köçürüləndə bu narazılıq doğurur? Erməni qəbrinin köçürülməsini parlament səviyyəsinə qaldırmaq ayıbdır”.
Qənirə Paşayeva kəndlərdə qəbiristanlıqların bərbad vəziyyətdə olduğunu bildirdikdə isə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov buna cavab olaraq yerli əhalinin bu məsələyə diqqətli yanaşmasının əsas olduğunu deyib: “Kənd öz qəbristanlığına baxa bilmirsə, kül o əhalinin başına”.
Millət vəkili Siyavuş Novruzov isə ümumilikdə yas mərasimlərinin təşkili və qəbirüstü abidələrin təmtəraqlı hazırlanmasına etiraz edib. Onun sözlərinə görə, Azərbaycanda dəfn nə ərəb ölkələri, nə də Türkiyədəki mərasimlərə uyğun gəlir: “Bu dəfn adətinin nə müsəlmanlığa, nə xristianlığa, nə buddizmə dəxli var. Bir dəfn mərasimi ən kasıb adam üçün 5 min dollar lazımdır. Buna nə ehtiyac var?! Digər tərəfdən yas məclislərində çay içmək üçün stola 20 cür şirniyyat qoyulur. Görün vəziyyət nə yerdədir ki, Azərbaycan yas mərasimlərində süfrəyə banan da qoyulur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR