Bank Of Baku

Satışına, idxalına və nəşrinə razılıq verilməmiş 258 müxtəlif dini təyinatlı ədəbiyyatlar yığışdırılıb

Satışına, idxalına və nəşrinə razılıq verilməmiş 258 müxtəlif dini təyinatlı ədəbiyyatlar yığışdırılıb
# 23 oktyabr 2007 13:51 (UTC +04:00)
Satışına, idxalına və ölkədə nəşrinə razılıq verilməmiş 258 ədəd müxtəlif dini təyinatlı ədəbiyyatlar yığışdırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərindəki 2-ci mikrorayonda yerləşən “Əhli-Beyt” mağazasının satıcısı, Qubadlı rayon sakini Əli Alıyev, "Muslim-Shop” mağazasının satıcısı, Sumqayıt şəhər sakini Rauf Fərzəliyev və 10-cu mikrorayonda yerləşən “Əhli-Beyt” mağazasının satıcısı, Qubadlı rayon sakini Səbuhi Alıyev tərəfindən satılan idxalına və ölkədə nəşrinə razılıq verilməmiş 258 ədəd müxtəlif dini təyinatlı ədəbiyyatlar aşkar edilərək götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR