Bank Of Baku

Bakıdan Məkkəyə piyada gedən iki Qarabağ veteranı Türkiyəyə çatıb

Bakıdan Məkkəyə piyada gedən iki Qarabağ veteranı Türkiyəyə çatıb
# 23 oktyabr 2007 14:57 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımov Türkiyəyə çatıblar. Marafon iştirakçılarından biri Şahid Qurbanov APA-ya bildirib ki, onlar oktyabrın 2-də Azərbaycandan İrana, oktyabrın 14-də isə Türkiyəyə çatıblar. Türkiyə ərazisində Ərzuruma qədər piyada gedən marafon iştirakçılarına polis dağlıq ərazilərlə keçməyə imkan verməyib. Buna səbəb həmin ərazilərdə PKK terrorçularının məskən salması ehtimalıdır. Marafon iştirakçıları Ərzurumdan İstanbula qədər avtobusla yola salınıblar, oradan isə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Ankaraya gətiriliblər. Hazırda Ankaradakı Azərbaycan səfirliyində olduqlarını deyən Ş. Qurbanovun sözlərinə görə, sabah onlar Türkiyə qaziləri ilə birgə Atatürkün məzarını ziyarət edəcəklər. Yaxın günlərdə isə Türkiyədən Suriyaya keçəcəklər.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və Küveyti keçməklə ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. Marafon 9 ay çəkəcək. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov bu dəfə Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR