Bank Of Baku

Ali və orta məktəblərdə yenidən hicab problemi yaranıb

Ali və orta məktəblərdə yenidən hicab problemi yaranıb
# 23 oktyabr 2007 15:40 (UTC +04:00)
Qurumdan APA-ya verilən məlumata görə, hicablı tələbə və şagirdlər bildiriblər ki, məktəbə baş örtüyü ilə getdiklərinə görə təhsil aldıqları müəssisələrdə təzyiqlərə məruz qalırlar. Onlar dini etiqad və vicdan azadlıqlarının, təhsil hüquqlarının kobud surətdə pozulduğunu bildiriblər: “Azərbaycan Müəllimlər İnstitutunun bir qrup hicablı tələbəsi həftə başlanandan bəri onlarla profilaktik söhbətlərin aparıldığını qeyd ediblər. Cəlilabad rayonunun 1, 2, 4, 5, 7 və 8 saylı məktəblərinin 26 nəfər şagirdi isə artıq 1 həftədən artıqdır məktəb direktorlarının hicablı şagirdlərin baş örtüyü ilə dərsə gəlməsini qadağan etdiyini bildirib”. DEVAMM sədri İlqar İbrahimoğlu belə halları hüquq pozuntusu kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR