Bank Of Baku

Qax-ingiloy kəndindəki “Müqəddəs Georgi” kilsəsinin keşişinə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün 1 ay vaxt verilib

Qax-ingiloy kəndindəki “Müqəddəs Georgi” kilsəsinin keşişinə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün 1 ay vaxt verilib
# 24 oktyabr 2007 11:29 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti (RİH) başçısının elm, təhsil və mədəniyyət işləri üzrə müavini Ziyafət Xasayeva verib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşı olan İosif Tamazoviç Canbazaşvili 2006-cı ildə Gürcüstanın katolikos patriarxı II İliya tərəfindən Qax-ingiloy kəndində yerləşən Georgi məbədinə keşiş təyin olunub. Qax rayonuna gələrək burada 1 illik müvəqqəti qeydiyyata düşən İ. Canbazaşvili vaxtın bitməsinə baxmayaraq, yenə də rayonda fəaliyyətini davam etdirməkdədir. Azərbaycan qanunvericiliyinə görə isə Azərbaycan vətəndaşı olmayan şəxs respublika ərazisində heç bir dini qurumu təmsil və təbliğ edə bilməz. Məhz bu səbəbdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən gürcü keşişinə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün 1 ay vaxt verilib. Qeyd edək ki, bir qədər əvvəl İ. Canbazaşvili Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi ilə guya Qax rayonunda fəaliyyət göstərən gürcü kilsəsinin bağlanması barədə Gürcüstan hökumətinə qeyri-obyektiv məlumat verib. Hətta həmin ərəfədə İ. Canbazaşvili Qaxda tarixi abidə kimi qeydiyyata düşmüş Alban kilsəsi olan “Kürmük” məbədinin də gürcülərə məxsus olması barədə iddia irəli sürüb. Lakin Qax RİH rəsmisi Z. Xasayeva əminliklə bəyan edir ki, bütün bu təxribat xarakterli söz-söhbətlərin başında Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən İ. Canbazaşvili durur: “Biz əsrlər boyu rayonda yaşayan gürcülərlə dost və qardaş münasibətində olmuşuq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR