Bank Of Baku

Masallıda “Qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda seminar-treninq keçirilib

Masallıda “Qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda seminar-treninq keçirilib
# 25 oktyabr 2007 10:15 (UTC +04:00)
Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət evində “Qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda seminar-treninq keçirilib. Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, rayon ictimaiyyəti nümayəndələrinin, din xadimlərinin qatıldığı tədbiri giriş sözü ilə RİH başçısının I müavini Nadir Abıyev açıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Bədirov “Qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda geniş məruzə edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov çıxışında ölkəmizdə formalaşan dövlət-din münasibətlərindən, qeyri-ənənəvi dinlərin və təriqətlərin yayılmasına qarşı hamılıqla mübarizə aparılmasından söz açıb. O, vəhhabilik və nurçuluq təriqətlərinin cənub bölgəsində çox zəif olduğunu qeyd edərək, onlara qarşı mübarizənin vacibliyini önə çəkib.
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Tofiq Şahmarov qeyri-ənənəvi din və təriqətlərin rayonda yayılmaması istiqamətində həyata keçirilən profilaktik tədbirlərdən danışıb. DQİDK-nın aparat rəhbəri Səfalı Nəzərli isə Azərbaycanın milli-dini zəmində qarşıdurmanın və ayrı-seçkiliyin olmadığı nadir ölkələrdən biri kimi tanındığını, respublikamızda müxtəlif dini-icmaların inkişafı, tolerantlıq və konfessiyaların azad fəaliyyəti üçün imkanların geniş olduğunu vurğulayıb. O, qeyri-ənənəvi din və təriqətlərin, xüsusilə vəhhabiliyik və nurçuluğun müəyyən maraqlar ətrafında fəaliyyət göstərdiyini bildirib. Seminar-treninqdə dinləyiciləri maraqlandıran suallara cavab verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR