Bank Of Baku

Bakıdan Məkkəyə piyada gedən iki azərbaycanlı zəvvarın Türkiyədən Suriyaya keçməsində problem yaranıb

Bakıdan Məkkəyə piyada gedən iki azərbaycanlı zəvvarın Türkiyədən Suriyaya keçməsində problem yaranıb
# 26 oktyabr 2007 10:56 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımovun Türkiyədən Suriyaya keçməsində problem yaranıb. Marafon iştirakçısı Şahid Qurbanov APA-ya bildirib ki, Türkiyə rəsmiləri və Suriyanın bu ölkədəki səfirliyi onların bu istiqamətdə hərəkət etməsinin təhlükəli olduğunu deyiblər. Ş. Qurbanov isə marafonun davam etdirilməsində israrlı olduqlarını söyləyib.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. Marafon 9 ay çəkəcək. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR