Bank Of Baku

Azərbaycanın şəhər və rayonlarının İcra hakimiyyətləri yanında dini komissiyaların rəhbərlərinin toplantısı keçiriləcək

Azərbaycanın şəhər və rayonlarının İcra hakimiyyətləri yanında dini komissiyaların rəhbərlərinin toplantısı keçiriləcək
# 26 oktyabr 2007 12:00 (UTC +04:00)
Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat daxil olub. Noyabrın 6-da Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasında təşkil ediləcək seminar-müşavirədə Azərbaycandakı dini tolerantlıq, dini sahədə hazırkı vəziyyət, qadağan olunmuş dini fəaliyyətlə məşğul olanlara qarşı aparılan mübarizə, konfessiyalararası münasibətlər və digər məsələlər müzakirə olunacaq. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və digər rəsmi şəxslər də
iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR