Bank Of Baku

Şeyxülislam Belarus prezidenti ilə görüşdə iştirak edib

Şeyxülislam Belarus prezidenti ilə görüşdə iştirak edib
# 27 oktyabr 2007 12:02 (UTC +04:00)
Qəbulda konfransın işində iştirak etmək üçün Minskdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. APA-nın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə prezident Belarus xalqının insanlar arasında ayrı-seçkilik salmağa yönəlmiş ideologiya və baxışların bütün təzahürlərinə qarşı möhkəm immunitetə malik olduğunu söyləyib. Onun sözlərinə görə, Belarusu dini və milli əlamətlərə görə hansısa ayrı-seçkilikdə günahlandırmaq cəhdləri absurddur.
Şeyxülislam Hacı Allahşükür Paşazadə isə çıxışında Belarusda insanların dil və dinlərindən asılı olmayaraq, özlərini tam bərabər hiss etdiklərini müşahidə etdiyini deyib: “Nifaq və terrorizmi alovlandırmaq məqsədi ilə dini bayraqdan istifadə etmək cəhdlərinin qarşısını almaqda həmişə sizə yardım etməyə hazırıq”.
Görüşdə Şeyx Belarus prezidentinə müqəddəs Quranın rus dilinə tərcümə olunmuş beşcildli nəşrini və prezident İlham Əliyevin adından Bakının əksi olan rəsm əsərini təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR