Bank Of Baku

Heydər Əliyev adına Ali Hərbi Məktəb və Cəmşid Naxçıvanski adına hərbi liseydə 10-dək zabit və kursantı vəhhabiliklə bağlı həbs olunub

Heydər Əliyev adına Ali Hərbi Məktəb və Cəmşid Naxçıvanski adına hərbi liseydə 10-dək zabit və kursantı vəhhabiliklə bağlı həbs olunub
# 29 oktyabr 2007 11:42 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, həbs olunan hərbçilər vəhhabilikdə təqsirləndirilirlər. Əməliyyatın oktyabrın 20-də keçirildiyi bildirilib. Həbs olunanlar arasında Müdafiə Nazirliyinin zabitlərinin olduğu da qeyd olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya məlumatı təkzib edib. Adıçəkilən məktəblərdən isə APA-ya bu barədə məlumat vermək səlahiyyətində olmadıqlarını deyiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya məlumatın araşdırıldığı bildirilib. Dini mənbələrdən APA-ya o da bildirilib ki, orduda vəhhabiliklə bağlı məlumatların araşdırılması üçün Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə iş aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR