Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda zərərləşdirilmiş vəhhabilər xarici qüvvələr tərəfindən idarə olunur”

Hidayət Orucov: “Azərbaycanda zərərləşdirilmiş vəhhabilər xarici qüvvələr tərəfindən idarə olunur”
# 30 oktyabr 2007 08:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Bu qrupları idarə edən qüvvələrin və dövlətlərin adını açıqlamayan komitə sədri bu məsələlərlə təhlükəsizlik orqanlarının məşğul olduğunu deyib: “Hansısa qüvvənin, xarici təşkilatın adını çəkmək məntiqsiz görünə bilər. Ancaq müəyyən xarici qüvvələrin bu işdə rolunun olduğu şübhəsizdir. Bu qrupun üzvləri cinayətkardırlar, onlar cəmiyyət və media tərəfindən ifşa olunmalıdırlar. Əgər onların evindən avtomat çıxırsa, əgər onlar hərbi hissədən silah oğurlayırlarsa və ya haradasa silah gizlədirlərsə, burada hansı dindən söhbət gedə bilər? Belələri şübhəsiz ki, müəyyən təriqətin həm radikal, həm ekstremist, hətta mən deyərdim terrorçu qanadını təmsil edirlər. Onlar iradəcə zəif olan insanlara təsir edir, həm Azərbaycan qanunlarını, həm də beynəlxalq normaları kobudcasına pozur, eyni zamanda dininin əsl mahiyyəti, onun böyük etikası, onun böyük mədəniyyəti ilə bir araya sığmayan hərəkətlər edirlər”. Hüquq-mühafizə orqanlarının belə qruplara qarşı apardığı əməliyyatların düzgün olaraq həyata keçirildiyini qeyd edən H. Orucov bütün çıxışlarında, müsahibələrində belə qrupların olduğunu söylədiyini diqqətə çatdırıb: “Düzdür, onlar kiçik qruplardır, getdikcə zəifləyirlər, amma bununla belə, mövcuddurlar. Sonuncu əməliyyatlara qədər də çox belə tədbirlər həyata keçirilib, o tədbirlər müəyyən müsbət nəticələr verib. Təəssüf ki, onların hamısını düz yola qaytarmaq mümkün olmayıb. Bu qruplar bundan sonra yenə də qanunsuz əməllərini davam etdirsələr, belə əməliyyatlar gələcəkdə də keçirilə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR