Bank Of Baku

Hidayət Orucov: “Din pərdəsi altında cinayətkar əməllər törədən adamlar, qruplar cəzalarını alacaqlar ”

Hidayət Orucov: “Din pərdəsi altında cinayətkar əməllər törədən adamlar, qruplar cəzalarını alacaqlar ”
# 01 noyabr 2007 16:21 (UTC +04:00)
“Din pərdəsi altında cinayətkar əməllər törədən adamlar, qruplar var və onlar haqlı cəzalarını alırlar. İndiyə qədər o cür qruplarla çox işlər aparılıb, çox tədbirlər görülüb ki, bu cür əməllərdən əl çəksinlər. Bunun müsbət nəticələri olsa da, müəyyən kiçik qruplar, ayrı-ayrı şəxslər hələ həmin tədbirlərlə islah oluna bilməyiblər. Görünür ki, onların islah olunmaları da mümkün deyil. Bu səbəbdən də onlar qanun qarşısında cavab verməlidirlər”. APA-nın xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov jurnalistlərə açıqlamasında bildirib. H. Orucov jurnalistlərin suallarına cavab olaraq deyib ki, son günlər ölkədə aparılan əməliyyat-axtarış tədbirləri cinayətkarlara qarşı mübarizə ilə bağlıdır: “İndiyə kimi bu cür tədbirlər həyata keçirilib, indi də keçirilir, lazım gəlsə, yenə də bu tədbirlər davam etdiriləcək. Çünki ictimai-siyasi sabitliyi pozmağa, dini durumu gərginləşdirməyə cəhd edən qüvvələr ifşa olunmalıdır. Cinayətkarların nə dini, nə milliyyəti, nə də vətəni olur”.
/APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR