Bank Of Baku

Bakıdan Məkkəyə piyada gedən iki azərbaycanlının Türkiyədən Suriyaya keçməsində yaranan viza problemi həll olunub

Bakıdan Məkkəyə piyada gedən iki azərbaycanlının Türkiyədən Suriyaya keçməsində yaranan viza problemi həll olunub
# 02 noyabr 2007 14:57 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımovun Türkiyədən Suriyaya keçməsində viza məsələsi ilə bağlı yaranan problem Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən həll edilib. Marafon iştirakçısı Şahid Qurbanov APA-ya bildirib ki, Türkiyə rəsmiləri və Suriyanın bu ölkədəki səfirliyi onların bu istiqamətdə hərəkət etməsinin təhlükəli olduğunu söyləyiblər. Marafon iştirakçıları isə aksiyanın davam etdirilməsinə israrlı olduqlarını deyiblər. Ş. Qurbanovun sözlərinə görə, onlar İordaniyaya getmək üçün də artıq viza alıblar və dekabrın 17-nə qədər Məkkəyə - Kəbə evinə çatmağı nəzərdə tutublar.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov bu dəfə Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon isə 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR