Bank Of Baku

Səudiyyə Ərəbistanı Krallığının Həcc ziyarəti ilə bağlı Azərbaycana ayırdığı kvotada boş yerlər qalıb

Səudiyyə Ərəbistanı Krallığının Həcc ziyarəti ilə bağlı Azərbaycana ayırdığı kvotada boş yerlər qalıb
# 07 noyabr 2007 12:17 (UTC +04:00)
Onun sözlərinə görə, Azərbaycana ayrılan 6 000 nəfərlik kvotanın təxminən 700-800 yeri boş qalıb. M. Payızov artıq QMİ-də Həcc ziyarəti ilə bağlı sənəd qəbulunun başa çatdırıldığını bildirib. Onun sözlərinə görə, boş qalan limit təyyarə ilə olan yerlərdədir: “Kvotanın dolmaması problem deyil. Əslində Azərbaycan üçün kvota 8 mindən bir qədər artıqdır. Biz isə bu il 6 min nəfərlik kvota götürmüşdük. Bu rəqəm hər il dəyişə bilər”. Şöbə müdiri avtobusla Həccə gedəcək 1700 zəvvarın hamısının sənədlərini təqdim etdiyini deyib: “Onlar dekabrın 3 və 5-də ziyarət səfərinə iki avtobus karvanı ilə göndəriləcək ki, bu karvanların da hər birində 35 avtobus olacaq”. M. Payızov zəvvarların təyyarə ilə dekabrın 9-u 10-u, 12-si və 13-də yola salınacağını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR