Bank Of Baku

Şəkidə “Bölgədə dini durumun vəziyyəti” ilə bağlı seminar keçirilib

Şəkidə “Bölgədə dini durumun vəziyyəti” ilə bağlı seminar keçirilib
# 14 noyabr 2007 15:35 (UTC +04:00)
Bu gün Şəkidə “Bölgədə dini durumun vəziyyəti” ilə bağlı seminar keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyətindən məlumat verilib. Şəkinin dini icma nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Gündüz İsmayılov da qatılıb. Seminarda çıxış edən DQİDK-nın bölgə təmsilçisi Nizami Məmmədov regionda dini durumun vəziyyəti ilə bağlı geniş məlumat verib. O, bölgədə radikal dini qruplaşmalara qarşı aparılan tədbirlərdən danışıb və yerli əhalini bu məsələlərdə həssas olmağa çağırıb. DQİDK-nin şöbə müdiri G. İsmayılov isə respublikada radikal dini təriqətlərin yayıldığını vurğulayıb. O, din pərdəsi altında ölkədə mövcud olan sabitliyi pozmağa cəhd göstərən qüvvələrə qarşı dövlətin daim mübarizə apardığını söyləyib. G.İsmayılov həmçinin yerli əhalini və rayon dindarlarını radikal dini təriqətlərdən çəkinməyə, dini məsələlərdə həssas olmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR