Bank Of Baku

Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq örnəyi Azərbaycan” adlı konfrans keçirilib

Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq örnəyi Azərbaycan” adlı konfrans keçirilib
# 16 noyabr 2007 08:48 (UTC +04:00)
Konfransı açıq elan edən H. Orucov Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub. A.Paşazadə çıxışında bildirib ki, Azərbaycanda olan tolerantlıq bütün dünyada nümunə göstərilir: “Bu, Azərbaycanda dövlət siyasəti səviyyəsində həyata keçirilir. Tolerantlıq ənənələri Azərbaycanda uzun illərdir mövcud olub. Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin guya dini faktorla bağlı olması haqda cəfəng iddialar ortaya atır. Bu sərsəm fikirlər Azərbaycanın artan hərbi qüdrəti qarşısında öz acizliyini getdikcə daha çox dərk etməyə başlayan Ermənistanın Qərbə ünvanlanmış həyəcan ismarıcıdır. Halbuki onların dini liderləri dəfələrlə imzaladıqları sənədlərdə bildiriblər ki, Qarabağ problemi dini konflikt kimi göstərilə bilməz”. Şeyx çıxışında Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-ənənəvi dini təriqətlərə də toxunub: “Azərbaycanın davamlı iqtisadi inkişafını gözü götürməyənlər milli adət-ənənələrimizə, dünyagörüşümüzə, həyat tərzimizə zidd olan bir çox mənfi halları təlqin etməyə, həm Qərbdən, həm də Şərqdən Azərbaycana təşrif buyuran “emissarların” əli ilə müxtəlif təxribatlar törətməyə çalışırlar. O təriqətlərin təlqin etdiyi dini dözümsüzlük, vətəndaş qarşıdurmasına çağırışlar, cəmiyyəti daxildən parçalamaq cəhdləri, bütün bunların fonunda zora, terrora haqq qazandırılması müqəddəs dinimizin dəyərlərinə tamamilə ziddir”. A. Paşazadə bildirib ki, radikal vəhhabilər, nurçular və digər təriqətlər öz hərəkətləri ilə mübarək İslam adına ləkə gətirir, dolayısı ilə İslama qarşı hücumlara və ittihamların artmasına zəmin yaradırlar: “Təxribatçılar bilməlidirlər ki, Azərbaycan dövləti bu kimi halların qarşısını qətiyyətlə alır”.
Daha sonra tədbirdə dini konfessiyaların nümayəndələri çıxış edərək, bütün dinlərin və millətlərin Azərbaycanda dinc, yanaşı və bərabər şəkildə yaşadığını vurğulayıblar.
Millət vəkili Fəttah Heydərov Azərbaycanın tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu qeyd edib: “Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR