Bank Of Baku

Allahşükür Paşazadə: “İslam dininin adından istifadə edən təxribatçı məzhəblərin ifşa olunmasına çalışmalıyıq”

Allahşükür Paşazadə: “İslam dininin adından istifadə edən təxribatçı məzhəblərin ifşa olunmasına çalışmalıyıq”
# 16 noyabr 2007 11:44 (UTC +04:00)
“Bəzi radikal dini təriqətlərin nümayəndələri illərlə şiə məscidində, sünni məscidində namaz qılan insanları çıxarırlar ki, burada mən olmalıyam. Vəhhabilər, nurçular və digər təriqətlər belə addımları ilə islam adına ləkə gətirir”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Tolerantlıq örnəyi Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışında deyib. O bildirib ki, belə hallar müsəlmanlığa uyğun gəlmir: “Biz - islam dinini təlqin edənlər - bununla heç cür razılaşa bilmərik. İslam dininin adından istifadə edən və bizə qarşı təxribat aparan məzhəblərin ifşa olunmasına çalışmalıyıq. Bu işi aparmasaq, Allah bizi bağışlamaz. Amma bu işi o dərəcəyə gətirməməliyik ki, qarşıdurmalar yaransın. Dövlət bizim fikirlərimizlə razıdır və sərt addımlar dövlətin işidir. Dövlətin bunlarla bağlı öz siyasəti var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR