Bank Of Baku

Hidayət Orucov Türkiyə Cümhuriyyətinin dövlət naziri Səid Yazıçıoğlu ilə görüşüb

Hidayət Orucov Türkiyə Cümhuriyyətinin dövlət naziri Səid Yazıçıoğlu ilə görüşüb
# 20 noyabr 2007 14:13 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Cümhuriyyətinin dövlət naziri Səid Yazıçıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Komitədən APA-ya daxil olan məlumata görə, H. Orucov görüşdə Azərbaycandakı dini durumla bağlı məlumat verərək, ölkədə müxtəlif konfessiyaların fəaliyyət göstərdiyini deyib. Komitə sədri Azərbaycanda bütün dövrlərdə müxtəlif din və məzhəblər arasında tolerantlığın mövcud olduğunu bildirib. S. Yazıçıoğlu bütün sahələrdə olduğu kimi, din sahəsində də qarşılıqlı münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Türkiyəli nazir eyni zamanda dövlət-din siyasəti sahəsində təcrübə mübadiləsinin aparılması zəruriliyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR