Bank Of Baku

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatmaq üzrədir

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatmaq üzrədir
# 21 noyabr 2007 08:57 (UTC +04:00)
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatmaq üzrədir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumat görə, hazırda zəvvarların qruplara bölünməsi və onlara vizaların alınması prosesi gedir. M. Payızov zəvvarların ilk qrupunun Həccə dekabrın 3 və 5-də iki avtobus karvanı ilə göndəriləcəyini deyib: “Hər karvanda 35 avtobus olacaq. Hər il olduğu kimi, bu il də zəvvarların Azadlıq meydanından yola salınacağı gözlənilir”. Şöbə müdiri zəvvarların təyyarə ilə dekabrın 9-u, 10-u, 12-si və 13-də yola salınacağını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarəti ilə bağlı bu il Azərbaycana 6000 nəfərlik kvota ayırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR