Bank Of Baku

Səudiyyə Ərəbistanının İordaniyadakı səfirliyi Həccə piyada gedən iki Azərbaycan vətəndaşına viza verməkdən imtina edib

Səudiyyə Ərəbistanının İordaniyadakı səfirliyi Həccə piyada gedən iki Azərbaycan vətəndaşına viza verməkdən imtina edib
# 23 noyabr 2007 13:23 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımov Türkiyədən Suriyaya, oradan da İordaniyaya keçiblər. Marafon iştirakçısı Şahid Qurbanovun APA-ya verdiyi məlumata görə, dekabrın 17-nə qədər Məkkəyə - Kəbə evinə çatmağı nəzərdə tutublar. Səudiyyə Ərəbistanına keçmələri ilə bağlı isə problem yaranıb. Səudiyyə Ərəbistanının İordaniyadakı səfirliyi ziyarətə gedən Azərbaycan vətəndaşlarına viza verməkdən imtina edib. Ş. Qurbanov problemin həll olunacağına ümid etdiyini də qeyd edib.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov həmin vaxt Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon isə 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR