Bank Of Baku

II Iliya Qaxda yerləşən “Müqəddəs Georgi” kilsəsinə yeni keşiş təyin edib

II Iliya Qaxda yerləşən “Müqəddəs Georgi” kilsəsinə yeni keşiş təyin edib
# 26 noyabr 2007 14:11 (UTC +04:00)
Qax rayonunun Qax-ingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsinə yeni təyin olunmuş keşiş başqa yeni keşişlə əvəz olunub. Yeni keşiş Badri Açuadze bu gündən səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qaxda yaşayan gürcü icmasının nümayəndələri məlumat verib. Yeni təyin olunmuş keşiş B. Açuadze Gürcüstan katolikos patriarxı II İliya tərəfindən Qax-ingiloy kəndində yerləşən “Müqəddəs Georgi” məbədinə göndərilib və o, bu gündən səlahiyyətlərinin icrasına başlayıb. Qax-ingiloy kənd icra nümayəndəliyindən APA-nın yerli bürosuna bildirilib ki, B. Açuadzenin sənədləri qeydiyyata düşmək üçün artıq nümayəndəliyə təqdim olunub. Yaxın günlərdə isə yeni keşişin təqdimat mərasimi keçiriləcək. Mərasimdə Gürcüstan katolikos patriarxı II İliyanın da iştirakı gözlənilir. Qeyd edək ki, bundan bir ay əvvəl Qax rayonunda yerləşən alban kilsəsi kimi tanınan “Kürmük” məbədi ətrafında yaranmış qalmaqaldan sonra Gürcüstan katolikos patriarxı IIi İliya “Müqəddəs Georgi” kilsəsinin keşişi İosif Canbazaşvilini geri çağıraraq onun yerinə Georgi Abasaşvilini təyin etmişdi. Lakin o, sonradan təyinatı dəyişərək B. Açuadzeni “Müqəddəs Georgi” kilsəsinə keşiş təyin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR