Bank Of Baku

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatıb

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatıb
# 28 noyabr 2007 09:59 (UTC +04:00)
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə hazırlığı başa çatıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumat görə, zəvvarlar artıq qruplara bölünüb. Onlara viza alınması prosesi isə başa çatmaq üzrədir. M. Payızov zəvvarların ilk qrupunun Həccə dekabrın 3 və 5-də iki karvanla göndəriləcəyini deyib: “Hər karvanda 35 avtobus olacaq. Hər il olduğu kimi, bu il də zəvvarların Azadlıq meydanından yola salınacağı gözlənilir”. Şöbə müdiri zəvvarların təyyarə ilə 9, 10, 12 və 13 dekabrda yola salınacağını bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarəti ilə bağlı bu il Azərbaycana 6000 nəfərlik kvota ayırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR