Bank Of Baku

Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar arasında mədəniyyət xadimləri də olacaq

Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar arasında mədəniyyət xadimləri də olacaq
# 28 noyabr 2007 11:40 (UTC +04:00)
APA-nın apardığı sorğu zamanı məlum olub ki, bu il Həccə gedəcək azərbaycanlı zəvvarlar arasında mədəniyyət xadimləri də var. Belə ki, xalq artisti Azər Zeynalov, muğam ifaçısı Səfa Qəhrəmanov, Azərbaycan Dövlət Akademik Milli Teatrının aktyoru Cəfər Namiq Kamal və müğənni Nadir Bayramlı da ziyarətdə iştirak edəcəklər. Bu il olmasa da, qarşıdakı illərdə ziyarətə getmək arzusunda olanların sayı isə daha çoxdur. Məsələn, xalq artistləri Mələkxanım Əyyubova, Məleykə Əsədova, əməkdar artistlər Azərin, Eyyub Yaqubov, Faiq Ağayev, Nisə Qasımova, Nazpəri Dostəliyeva, sənətçi Elariz Məmmədoğlu, Xuraman Şuşalı, Almaz Ələsgərli bu sıradandır. Adları sadalanan müğənnilərin bir neçəsi bu il ziyarətə gedə bilməmələrini dəvət olunduqları toyların çoxluğu ilə əlaqələndiriblər. Azərin və Mələkxanım Əyyubova ziyarətə getməyi arzuladıqlarını, lakin hələ ki özlərini buna hazır hiss etmədiklərini söyləyiblər. Amma M. Əyyubova yaxın günlərdə üçüncü dəfə ziyarət məqsədilə İranın Məşhəd şəhərinə yola düşəcək. Röya da özünü dini vəzifəsini yerinə yetirməyə hazır hiss etmədiyini, amma ehtiyacı olan tanışlarını ziyarətə göndərdiyini deyib. Bir müddət əvvəl Həccə yollanacağını açıqlamış Rəqsanə isə bu fikrindən vaz keçib. O, ziyarətin müəyyən səbəblərdən baş tutmayacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR