Bank Of Baku

Roma Papası 138 müsəlman liderinə cavab məktubu ünvanlayıb

Roma Papası 138 müsəlman liderinə cavab məktubu ünvanlayıb
# 30 noyabr 2007 08:15 (UTC +04:00)
Roma Papası XVI Benedikt İslam dünyası ilə dialoqun, dinlərarası qarşılıqlı anlayış və hörmətin, həmçinin katolik və müsəlmanların sülh naminə birgə səylərinin vacibliyini vurğulayıb. APA-nın xarici KİV-lərə istinadən məlumatına görə, bunu Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone Pantifikin 138 müsəlman dini rəhbərinin Ramazan bayramı ilə əlaqədar xristian konfessiyaların liderlərinə ünvanladığı məktuba rəsmi cavab məktubunda yazıb. Vatikanın dövlət protokol qaydalarına görə, Papanın məktubu dövlət katibi tərəfindən imzalanır. Cavab məktubunda deyilir: “Müsəlman və katoliklər arasında fərqlərin olduğunu inkar etməyərək, bizi birləşdirən amilləri Allahın vahidliyinə və hakimliyinə inamı görməliyik”. Roma Papası “138-lər”in məktubunu hazırlamış şahzadə Qazi ben Məhəmməd ben Talan və digər müsəlman liderləri ilə görüşməyə hazır olduğunu da bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR