Bank Of Baku

Həccə piyada gedən iki Qarabağ veteranının Səudiyyə Ərəbistanına keçməsi üçün viza verilmir

Həccə piyada gedən iki Qarabağ veteranının Səudiyyə Ərəbistanına keçməsi üçün viza verilmir
# 04 dekabr 2007 08:16 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımovun Səudiyyə Ərəbistanına keçməsi üçün viza verilmir. AVMVB mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevin APA-ya verdiyi məlumata görə, ziyarətçilər bununla bağlı Səudiyyə Ərəbistanının İordaniyadakı səfirliyinə müraciət ediblər. Lakin səbəb göstərilmədən ziyarətçilərə viza verilməsində əngəl yaradılıb. Problemin həll olunacağına ümid etdiyini deyən B. Əliyev məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinə və Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edildiyini də diqqətə çatdırıb. B. Əliyev marafon iştirakçılarının hazırda İordaniyada olduqlarını deyib. Onun sözlərinə görə, ziyarətçilər dekabrın 17-nə qədər Məkkəyə - Kəbə evinə çatmağı nəzərdə tutublar.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov həmin vaxt Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon isə 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR