Bank Of Baku

Dekabrın 3-də avtobusla Həcc ziyarətinə yola düşən azərbaycanlı zəvvarların ilk qrupu İran ərazisinə daxil olub

Dekabrın 3-də avtobusla Həcc ziyarətinə yola düşən azərbaycanlı zəvvarların ilk qrupu İran ərazisinə daxil olub
# 04 dekabr 2007 08:32 (UTC +04:00)
Dekabrın 3-də Azərbaycanın paytaxtından 29 avtobusla Həcc ziyarətinə yola düşən zəvvarlardan bir hissəsi artıq İran İslam Respublikasının ərazisinə daxil olub. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Onun sözlərinə görə, zəvvarlar qonşu ölkənin ərazisinə Biləsuvar Sərhəd Keçid Məntəqəsindən daxil olur. A. Ağayev zəvvarların səhhətində heç bir problemin olmadığını, səfərin uğurla başladığını bildirib. Mətbuat xidmətinin rəhbəri avtobusla Həccə gedən azərbaycanlı zəvvarların İran, Türkiyə, Suriya və İordaniya ərazisindən keçərək Səudiyyə Ərəbistanı Krallığına daxil olacaqlarını deyib. A. Ağayev dekabrın 5-də ziyarətə daha bir avtobus karvanının yola düşəcəyini deyib. Onun sözlərinə görə, zəvvarlar təyyarə ilə Həccə dekabrın 9-u 10-u, 12-si və 13-də yola salınacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR