Bank Of Baku

Bu gün azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan növbəti avtobus karvanı yola düşəcək

Bu gün azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan növbəti avtobus karvanı yola düşəcək
# 05 dekabr 2007 08:52 (UTC +04:00)
Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan növbəti avtobus karvanı bu gün axşam saat 23:00-da Azadlıq meydanından yola salınacaq. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Mətbuat xidmətinin rəhbəri bugünkü karvanda 38 avtobusun olacağını deyib. Onun sözlərinə görə, dekabrın 3-də Azərbaycan paytaxtından 29 avtobusla Həcc ziyarətinə yola düşən zəvvarlar İran İslam Respublikasının ərazisindədirlər. Bu gün onların Türkiyə ərazisinə daxil olacaqları gözlənilir. A. Ağayev zəvvarların səhhətində heç bir problemin olmadığını da bildirib. Mətbuat xidmətinin rəhbəri avtobusla Həccə gedən azərbaycanlı zəvvarların İran, Türkiyə, Suriya və İordaniya ərazisindən keçərək, Səudiyyə Ərəbistanı Krallığına daxil olacaqlarını deyib. Onun sözlərinə görə, zəvvarlar təyyarə ilə Həccə dekabrın 9, 10, 12 və 13-də yola salınacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR