Bank Of Baku

Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən zəvvarlar İran və Türkiyə ərazisində hərəkət edir

Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən zəvvarlar İran və Türkiyə ərazisində hərəkət edir
# 06 dekabr 2007 08:15 (UTC +04:00)
Dekabrın 5-də azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan ikinci avtobus karvanı da yola düşüb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Mətbuat xidmətinin rəhbəri dünən yola salınan karvanda 38 avtobusun olduğu deyib: “Bu gün onlar İran İslam Respublikasının ərazisinə daxil olacaqlar”. Onun sözlərinə görə, dekabrın 3-də Azərbaycanın paytaxtından 29 avtobusla Həcc ziyarətinə yola düşən zəvvarlar artıq Türkiyə ərazisində hərəkət edirlər. A. Ağayev zəvvarların səhhətində heç bir problemin olmadığını bildirib. Mətbuat xidmətinin rəhbəri avtobusla Həccə gedən azərbaycanlı zəvvarların İran, Türkiyə, Suriya və İordaniya ərazisindən keçərək, Səudiyyə Ərəbistanı Krallığına daxil olacaqlarını deyib. Onun sözlərinə görə, zəvvarlar təyyarə ilə Həccə dekabrın 9, 10, 12 və 13-də yola salınacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR