Bank Of Baku

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Həccə piyada gedən iki Qarabağ veteranından birinə viza verməyib

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Həccə piyada gedən iki Qarabağ veteranından birinə viza verməyib
# 06 dekabr 2007 12:12 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımovdan yalnız birinə viza verib. AVMVB mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevin APA-ya verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ziyarətə gedənlərdən yalnız Şahid Qurbanova viza verib. Digər marafon iştirakçısı Sahib Kazımova isə səbəb göstərilmədən vizanın verilməsindən imtina edilib. B. Əliyev deyib ki, viza verilməyən S. Kazımov marafonu İordaniyada təxirə salaraq, Azərbaycana geri dönəcək. B. Əliyev marafon iştirakçılarının hazırda İordaniyada olduqlarını deyib. Onun sözlərinə görə, ziyarətçilər dekabrın 17-ə qədər Məkkəyə - Kəbə evinə çatmağı nəzərdə tutmuşdular.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov həmin vaxt Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR