Bank Of Baku

Hacı Sabir Həsənli: “Vəhhabilər Azərbaycana ötən əsrin 80-ci illərindən gəlməyə başlayıb”

Hacı Sabir Həsənli: “Vəhhabilər Azərbaycana ötən əsrin 80-ci illərindən gəlməyə başlayıb”
# 06 dekabr 2007 12:54 (UTC +04:00)
“Vəhhabilər Azərbaycana ötən əsrin 80-ci illərindən gəlməyə başlayıb. Bu tarix yeni deyil. Onlar ölkənin müxtəlif bölgələrində qalır, cümə namazlarında iştirak edirdilər. Həmin şəxslər Orta Asiya ölkələrindən Şimali Qafqaza, oradan da Azərbaycanın müxtəlif rayonlarına daxil olurdular”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bildirib. O, vəhhabilərin Səudiyyə Ərəbistanı Krallığı və digər ölkələrdən axışıb gələn missioner qrupların üzvləri olduğunu deyib. S. Həsənli belə qrupların siyasi məqsədlərinin olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan tolerant ölkə kimi dünyada xüsusi yerə malikdir: “Azərbaycanın öz tarixi ənənəsi var və onu heç kəs dəyişə bilməz. Hər şey öz həddində gözəldir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR