Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində islahatlar aparılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində islahatlar aparılıb
# 06 dekabr 2007 14:13 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində islahatlar aparılıb. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, qurumun strukturunda yeni dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsi yaradılıb. Yeni şöbənin yaradılmasında əsas məqsəd Dövlət Komitəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal və idxalına, dini sahədə cərəyan edən hadisələrə nəzarətin gücləndirilməsidir. Şöbənin fəaliyyətinin əsas iş istiqamətləri dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ekspertizasının keçirilməsi, ölkədə dini durumun öyrənilməsi, təhlil edilməsi, dini maarifləndirmə işinin təşkili və Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsi olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR