Bank Of Baku

Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanı Suriyaya çatıb

Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanı Suriyaya çatıb
# 07 dekabr 2007 08:26 (UTC +04:00)
Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan birinci avtobus karvanı Suriyaya çatıb. Zəvvarların qrup rəhbərlərindən olan Hacı Qəni Axundovun APA-ya verdiyi məlumata görə, zəvvarlar Suriyada iki gün qalacaq və buradakı ziyarətgahlara başa çəkəcəklər. Qrup rəhbəri zəvvarların səhhətində heç bir problem olmadığını, səfərin uğurla davam etdiyini deyib. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya dekabrın 5-də yola düşən zəvvarların artıq Türkiyə ərazisində olduqları bildirilib. Digər zəvvarlar isə təyyarə ilə Həccə dekabrın 9, 10, 12 və 13-də yola salınacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR