Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda radikal dini qruplara qarşı dövlət səviyyəsində görülən tədbirlər müsbət nəticə verməkdədir”

Hidayət Orucov: “Azərbaycanda radikal dini qruplara qarşı dövlət səviyyəsində görülən tədbirlər müsbət nəticə verməkdədir”
# 07 dekabr 2007 13:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Komitə sədri deyib ki, ölkədə yayılmasına qadağa qoyulan sünni və şiə təriqətlərinə mənsub ədəbiyyatların sayı təxminən bərabərdir: “Azərbaycanda şiə təriqətinə mənsub olan bəzi şəxslər deyirlər ki, bu təriqətlə bağlı olan ədəbiyyata qadağa qoyulur. Sünni təriqətinə mənsub olan bir sıra şəxslər isə hesab edir ki, onların ədəbiyyatlarının yayılması məhdudlaşdırılır. Birmənalı bəyan edirəm ki, Komitə tərəfindən hər hansı təriqətə qarşı xüsusi münasibət bəslənmir. O kitablar ki, təriqətlər arasında münasibətləri gərginləşdirə bilər, onların nəşrinə, yayılmasına qadağa qoyulur və bundan sonra da belə olacaq”.
Azərbaycanda radikal dini qruplara qarşı dövlət səviyyəsində görülən tədbirlərin müsbət nəticə verməkdə olduğunu deyən H. Orucov onu da bildirib ki, bunlar arxayınlaşmağa əsas vermir: “Biz radikal qruplara qarşı diqqətli olmalıyıq. Bu məsələdə mətbuat da kifayət qədər həssaslıq nümayiş etdirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR