Bank Of Baku

Azərbaycanlı zəvvarları Həccə aparan ilk təyyarə sabah yola düşəcək

Azərbaycanlı zəvvarları Həccə aparan ilk təyyarə sabah yola düşəcək
# 08 dekabr 2007 08:04 (UTC +04:00)
Dekabrın 9-da səhər saat 10.00-da Azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan ilk təyyarə reysi Səudiyyə Ərəbistanı Krallığına yola salınacaq. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun APA-ya verdiyi məlumata görə, zəvvarlar Həccə səhər-axşam olmaqla, hər gün iki təyyarə reysi ilə dekabrın 9-u, 10-u, 12-si və 13-də göndəriləcək. Onun sözlərinə görə, zəvvarları Həccə aparan birinci avtobus karvanı bu gün Suriyadan ayrılacaq, ikinci avtobus karvanı isə Türkiyənin ərazisindən keçərək bu ölkəyə daxil olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR