Bank Of Baku

Ramiz Mehdiyev: “Fərqi yoxdur, vəhhabidir, ya yox insanlarla qanunauyğun rəftar edilməlidir”

Ramiz Mehdiyev: “Fərqi yoxdur, vəhhabidir, ya yox  insanlarla qanunauyğun rəftar edilməlidir”
# 10 dekabr 2007 08:23 (UTC +04:00)
R. Mehdiyev bildirib ki, bu təriqətlər Azərbaycanda İslam ənənələrinə uyğun deyil: “Əlbəttə, bu nöqteyi-nəzərdən bu məsələlər bizi düşündürür. Mən o fikrimdə qalıram ki, Azərbaycanın öz ənənəvi dini ideologiyası var və biz bunu qoruyub saxlamalıyıq”.
Vəhhabilik probleminə toxunan R. Mehdiyev bəzi ərəb dövlətlərində vəhhabiliyin əsas dini cərəyan olduğunu xatırladıb: “Ona görə də biz bu məsələlərdə diqqətli olmalıyıq. Fərqi yoxdur, vəhhabidir, ya yox hər bir məsələyə qanun çərçivəsində baxılmalı, insanlarla qanunauyğun rəftar edilməlidir. Düşünürəm ki, mətbuat da bu məsələyə diqqətlə yanaşmalı, həbs olunan şəxsi dini mənsubiyyətinə görə yox, törətdiyi əməlinə görə qiymətləndirməlidir. Kimsə vəhhabidirsə və həbs olunubsa, bu onun vəhhabi olduğu üçün həbs olunduğu mənasına gəlmir. O, konkret cinayət törətdiyinə görə tutulub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR